"Messi Park de Prens"də son oyununu keçirəcək" - PSJ-nin baş məşqçisi
PSJ-nin baş məşqçisi Kristof Qaltye bəyan edib ki, Lionel Messi “Klermon”la Fransa Liqa-1-in 38-ci turunun oyununda son dəfə bu komandanın formasını geyinəcək.
Msport.az xəbər verir ki, argentinalı hücumçu Paris klubunu tərk edir:
“Dünyanın ən yaxşı futbolçusunu məşq etdirmək mənim üçün böyük şərəf idi. Şənbə günü Messi “Park de Prens”də son oyununu keçirəcək. Ümid edirəm ki, onu yaxşı qarşılayacaqlar. İlk ilində o, adaptasiyadan keçməli oldu. Bu onun “Barselona”dan kənarda ilk mövsümü idi. Bu il isə o çox vacib oyunçuya çevirildi. Ona yönəlmiş tənqidlər əsasssızdır”.
35 yaşlı futbolçunun PSJ ilə müqaviləsi mövsümün sonunda başa çatır. Argentina yığmasının üzvü azad agent olacaq.
ANAR







