featured-image-25323

PSJ-nin hücumçusu Lionel Messinin hansı şərtlər halında Paris klubunda qalacağı məlum olub. Msport.az “Marca”ya istinadən xəbər verir ki, müqaviləsi iyunda başa çatacaq olan argentinalı futbolçu Fransa təmsilçisindən bəzi suallarına cavab almaq istəyir.

O, bilmək istəyir ki, indiki baş məşqçi Kristof Qaltye komandanın başında qalacaqmı, parsislilər yayda heyəti gücləndirmək üçün hər hansı tranferlər edəcəklərmi və maliyyə fair-play-i ilə əlaqədar məhdudiyyətlər çərçivəsində müqaviləni yeniləyəcəklərmi?

Həmçinin qəzet yazır ki, Messinin həm də meneceri olan atası Xorxe bu günlərdə Səudiyyə Ərəbistanında olub. Amma onun səfəri oğlunun yerli klublardan birinə keçmək məqsədi daşımayıb.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər