Messi PSJ ilə müqaviləni uzatmaq istəmir
PSJ-nin hücumçusu Lionel Messi klubla müqaviləsini uzatmaya bilər.
Msport.az “L`Equipe”ə istinadən xəbər verir ki, argentinalı futbolçunun hazırkı müqaviləsi 2023-cü ilin iyununda başa çatır.
Çərşənbə günü super ulduzun atası Xorxe Messi ilə Paris klubunun nümayəndələri arasında görüş olub. Lakin tərəflər ortaq məxrəcə gələ bilməyiblər.
Yanvar ayında PSJ rəsmiləri məsələnin tezliklə həll olunacağına və Messinin 1 illik yeni anlaşmaya imza atacaqlarına inanırdılar. Amma hələ ki qarşı tərəf yeni müqaviləni qəbul etmir.
Yxın günlərdə dünya çempionunun agenti ilə klub rəhbərliyi arasında daha bir görüş olacaq. Nəşrin yazdığına görə, PSJ-də belə qənaət yaranıb ki, Messi sadəcə vaxtı uzadır. Klubda deyirlər ki, anlaşmanın artırılması get-gedə daha problemli məsələ kimi görünür.
Deyilənə görə, Leo “İnter Mayami” klubuna keçmək istəyir.
ANAR ABDULLAYEV







