Messi PSJ ilə yeni müqaviləyə imza atacaq
Lionel Messi PSJ ilə müqaviləsini 1+1 sistemi ilə artıracaq.
Msport.az xəbər verir ki, bu barədə BBC-nin jurnalisti Qillem Balaqe paylaşım edib.
Onun sözlərinə görə, argentinalı futbolçunun müqaviləsinin uzadılması ilə bağlı danışıqlar 4 aya yaxın davam edib. Danışıqlarda hücumçunun atası Xorxe, Paris klubunun idman direktoru Luiş Kampuş və PSJ-nin sahibi Naser Əl-Xəlaifi iştirak ediblər.
Messi anlaşmanın bütün detalları ilə demək olar ki, razılaşıb. Müqavilənin müddəti 2 il olsa da, 1+1 sistemi ilə bağlanılacaq. Argentinalı dünya çempionatının əməkhaqqısı da indikindən çox olacaq.
Ulduz futbolçu PSJ-də qalmağa həm də ona görə razılaşıb ki, “Barselona”dan təklif almayıb. Messinin ailəsi isə özünü Parisdə xoşbəxt hiss edir.







