featured-image-22091

PSJ Lionel Messi ilə müqavilənin uzadılmasına dair danışıqları davam etdirir.

Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib. Onun sözlərinə görə, argentinalı futbolçunun nümayəndələri ilə Paris klubunun təmsilçiləri yaxın 2-3 həftə ərzində görüş keçirəcəklər.

Həmin vaxt Fransa klubu Messiyə yeni müqavilə ilə bağlı rəsmi təklif göndərəcək. Həmçinin tərəflər anlaşmanın müddətini eləcə də, müqavilə ilə bağlı son detalları müzakirə edəcəklər.

Qeyd edək ki, bir müddət əvvəl Argentina millisinin liderinin PSJ ilə müqavilənin uzadılmasına görə tərəddüd içində olması ilə bağlı xəbər yayılmışdı.

35 yaşlı forvard bu mövsüm parislilərin heyətində 23 oyunda 14 qol vurub və 14 məhsuldar ötürmə verib.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər