Messi qayıtdı
“İnter Mayami”nin argentinalı futbolçusu Lionel Messi məşqləri bərpa edib.
Msport.az xəbər verir ki, ulduz futbolçunun bud nahiyəsindən aldığı zədə sağalıb.
36 yaşlı oyunçu artıq kollektivlə birgə məşqlərdə iştirak edir. Messi zədə ucbatından “İnter Mayami”nin son üç matçını, eləcə də Argentina yığmasının iki yoldaşlıq görüşünü buraxıb.
Argentinalı futbolçu KONKAKAF Çempionlar Kubokunun 1/4 finalında Meksikanın “Monterrey” komandası ilə aprelin 4-nə keçən gecə baş tutacaq oyununda meydana qayıda bilər.