featured-image-30941

“Barselona”nın baş məşqçisi Xavi yenidən Lionel Messinin transferi ilə bağlı danışıb. Msport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, o, argentinalı futbolçunun gələn həftə yekun qərar verəcəyini deyib:

“Messi gələcəyi ilə bağlı qərarı gələn həftə verəcək. O vaxta qədər onu sakit buraxmalıyıq. Əgər biz hər gün Leodan danışsaq, düşünmürəm ki, bu onun qayıtmasına müsbət təsir göstərəcək. O, gələn həftə son qərarını açıqlayacaq, indi isə 200 versiya var. Burda onun üçün qapılar həmişə açıqdır”.

Qeyd edək ki, 35 yaşlı hücumçunun PSJ ilə müqaviləsi iyunun sonunda başa çatır. Mətbuatda dünya çempionunun karyerasını 3 yerdə davam etdirə biləcəyi ilə bağlı versiyalar var – “İnter Mayami”, “Əl Hilal” və ya “Barselona”.

ANAR 

Bənzər xəbərlər