featured-image-66462

“İnter Mayami”nin kapitanı Lionel Messi klubu ilə yeni müqavilə imzalayacaq.

Msport.az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira paylaşım edib.

Onun sözlərinə görə, tərəflər müqavilənin uzadılması ilə bağlı danışıqların son mərhələsindədir. Yeni sözləşmə 2026-cı ilin dekabrına qədər nəzərdə tutulacaq.

Qeyd edək ki, Messi bu mövsüm 22 oyunda 16 qol vurub, 6 məhsuldar ötürmə verib.

Bənzər xəbərlər