featured-image-71048

“İnter Mayami”nin hücumçusu Lionel Messi MLS-in müntəzəm mövsümünün bombardiri kimi “Qızıl buts”u qazanıb.

Msport.az xəbər verir ki, mükafat Fort-Loderdeyl şəhərindəki (Florida, ABŞ) “Çeyz” stadionunda keçirilən “Neşvill”lə 1/8 final matçından əvvəl təqdim olunub.

Müntəzəm mövsümdə 38 yaşlı argentinalı 28 matçda 29 qol vuraraq, ən yaxın izləyiciləri Denis Bouanqa (“Los-Anceles”) və Sem Sarrici (“Neşvill”) beş qolla qabaqlayıb.

Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Bu müddət ərzində o, bütün yarışlarda 82 oyun keçirib, 71 qol vurub və 37 məhsuldar ötürmə verib.

Bənzər xəbərlər