Messi: “Qvardiola dünya futboluna zərər verdi”
Argentina millisinin və ABŞ-ın “İnter Mayami” klubunun futbolçusu Lionel Messi “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın dünya futboluna zərər verdiyini söyləyib.
Msport.az xəbər verir ki, təcrübəli hücumçu “Marca”ya açıqlamasında mütəxəssisin təkcə İspaniya deyil, həm də dünya futbolunu dəyişdirdiyini söyləyib.
“Bu səbəbdən o, hətta futbola zərər də vurdu. İndi çoxları öz üslublarını inkişaf etdirmək əvəzinə onu təqlid etməyə çalışırlar”.