featured-image-29078

PSJ-nin futbolçusu Lionel Messi Səudiyyə Ərəbistanına səfər edib.

Msport.az xəbər verir ki, argentinalı ulduz bunu komandanın baş məşqçisi Kristof Qalte və idman direktoru Luis Kamposla razılaşdırmadan edib. 35 yaşlı forvard Fransa çempionatının son turunda “Loryen”ə məğlub olduqdan (1:3) bir neçə saat sonra Səudiyyə Ərəbistanına uçub.

Məlumata görə, Paris təmsilçisinin futbolçularına yalnız “Loryen” üzərində qələbə qazanılacağı halda bir günlük istirahət verilməsi nəzərdə tutulubmuş. Məğlubiyyətə görə isə, istirahət ləğv olunub və Messidən başqa bütün futbolçular məşqə qoşulublar.

Qeyd edək ki, Messi Səudiyyə Ərəbistanının turizm səfiridir. O, daha əvvəl 2 dəfə səfərini komandanın zəif çıxışına görə ləğv edib.

Royal Türksoy

Bənzər xəbərlər