Messi Ronaldonun rekordunu qırdı
Lionel Messi Avropanın klub futbolu tarixinin bombardiri olub.
Msport.az xəbər verir ki, PSJ-nin hücumçusu buna ötən gün Fransa çempionatının “Nitsa” ilə (0:2) matçında qol vuraraq nail olub. Messi “Barselona” və Paris təmsilçisinin heyətində ümumilikdə 702 qol vurub.
Qeyd edək ki, rekord daha əvvəl hazırda Səudiyyə Ərəbistanında “Əl-Nəsr”in şərəfini qoruyan Kriştiano Ronaldoya məxsus idi.
Royal Türksoy







