featured-image-40594
ABŞ-ın “İnter Mayami” klubunun futbolçusu Lionel Messi Səudiyyə Ərəbistanına köçə bilər.
Msport.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Liqasının texniki direktoru Maykl Emenalo bu barədə açıqlama verib.
O bildirib ki, argentinalı hücumçunu qəbul etməyə hazırdılar: “Messi gələn mövsüm bura gəlməyə qərar versə, onu məmnuniyyətlə qarşılayacağıq. Səudiyyə Ərəbistanı Pro Liqası gəlmək istəyən hər bir superulduza açıqdır”.
Qeyd edək ki, Lionel Messi yay fasiləsində PSJ-dən ayrılaraq “İnter Mayami”yə keçib. Onun MSL klubu ilə müqaviləsi 2025-ci ilə qədərdi.

Bənzər xəbərlər