featured-image-33814

Bu gün Fort-Lauderdeyldə (ABŞ) “İnter Mayami”nin stadionunda MLS+MX Liqa Kubokunun 1-ci mərhələsinin oyunu keçirilib.

Msport.az xəbər verir ki, cənub bölgəsinin 3-cü qrupunda “İnter Mayami” və “Kruz Azul” üz-üzə gəlib. Matç Mayami təmsilçisinin 2:1 hesablı qələbəsiylə yekunlaşıb.

Hesabı 44-cü dəqiqədə “İnter”in futbolçusu Robert Teylor açıb. Meksika klubunun təmsilçiləri ikinci hissənin ortalarında Uriel Antunanın qoluyla hesabı bərabərləşdiriblər. 90+4-cü dəqiqədə “İnter”in qələbə qolunu argentinalı ulduz hücumçu Lionel Messi vurub. O, cərimə zərbəsini dəqiq yerinə yetirib.

Messinin qoluyla aşağıda tanış ola bilərsiniz:

Royal Türksoy

Bənzər xəbərlər