Messi son turda niyə oynamayıb?
“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano Lionel Messinin MLS-də “Hyuston Dinamo” ilə səfər matçında meydana çıxmamasının səbəbini açıqlayıb.
Msport.az xəbər verir ki, argentinalı mütəxəssis bunun yorğunluqla bağlı olduğunu bildirib.
“Biz bu barədə danışmışıq və mən həmişə eyni şeyi təkrar edirəm: dünyada Leo kimi bədənini yaxşı tanıyan ikinci futbolçu yoxdur. Altı gündə üç matç oynadıqdan sonra düşündük ki, ona bir az dincəlmək daha yaxşı olar. Xüsusən də 2,5-3 saat davam edən səyahətdən sonra”.
Qeyd edək ki, Messinin oynamadığı görüşdə “İnter Mayami” rəqibinə 4:1 hesabı ilə qalib gəlib.