featured-image-31077

“Çelsi” Lionel Messi ilə maraqlanır.

Msport.az xəbər verir ki, zadəganlar PSJ-dən ayrılan futbolçuyla yaxın günlərdə danışıqlara başlamaq niyyətindədir.

Argentinalı son mövsüm Fransa çempionatında 32 matçda 16 qol vurub və 16 məhsuldar ötürmə edib. O, Paris təmsilçisiylə bu ayın sonunda bitəcək müqaviləsini yeniləməmək qərarını verib.

Messiylə “İnter Mayami” və “Əl-Hilal” da maraqlanır. 35 yaşlı futbolçunun “Barselona”ya da qayıtmaq variantı var.

Royal Türksoy

Bənzər xəbərlər