featured-image-29294

Lionel Messi Səudiyyə Ərəbistanına getdiyi üçün komanda yoldaşlarından və azarkeşlərdən üzr istəyib. Msport.az xəbər verir ki, PSJ argentinalı futbolçunu icazəsiz səfərə çıxdığı üçün 2 həftəlik heyətdən uzaqlaşdırıb. O, “Trua” və “Ayaçço” ilə oyunları buraxacaq.

Ulduz futbolçu bununla bağlı sosial şəbəkədə müraciət paylaşıb:

“Mən elə bildim ki, bizə həmişə olduğu kimi oyundan sonra istirahət verəcəklər. Öncədən səfəri planlamışdım və imtina edə bilməzdim. Çünki əvvəl artıq bir dəfə bu səfəri təxirə salmışdım.

Komanda yoldaşlarımdan üzr istəyirəm və rəhbərliyin qərarını gözləyirəm”.

Bənzər xəbərlər