featured-image-42279

Argentina millisinin futbolçuları Lionel Messi və Anxel Di Mariya Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edə bilərlər.

Msport.az xəbər verir ki, hər iki oyunçu olimpiadada oynamaq istəyir.

Ancaq bunun üçün Argentinanın olimpiya yığması KONMEBOL zonasında yanvar-fevral aylarında baş tutacaq seçmə mərhələdən olimpiadaya vəsiqə qazanmalıdır. U-23 yığmasına Xavyer Masçerano başçılıq edir.

Olimpiada iyul-avqust aylarında Fransada təşkil ediləcək. Hər komandada 23 yaşdan yuxarı 3 futbolçu çıxış edə bilər.

Qeyd edək ki, həm Lionel Messi, həm Anxel Di Mariya, həm də Xavyer Masçerano 2008-ci ildə qazanılan olimpiya çempionluğu zamanı Argentina millisinin heyətində yer alıblar.

Bənzər xəbərlər