Messi və Ronaldo komanda yoldaşı olur
“İnter Mayami”nin kapitanı Lionel Messi ilə “Əl-Nəsr”in lideri Kriştianu Ronaldo komanda yoldaşı ola bilər.
Msport.az xəbər verir ki, argentinalı və portuqaliyalı superulduzun bir oyunluq eyni komandada iştirakı baş tutmaq ehtimalı var.
Argentinalı sabiq forvard Karlos Tevez vida matçında bunu həyata keçirmək arzusundadır. O, ilin sonunda karyerası ərzində birlikdə oynadığı futbolçuları vida qarşılaşmasına dəvət edəcək. Oyun “Boka Xuniors”un stadionunda baş tutacaq.
Qeyd edək ki, Karlos Tevez 2021-ci ildə karyerasını başa vurub. O, Messi ilə yığmada, Ronaldo ilə “Mançester Yunayted”də çiyin-çiyinə çıxış edib.