featured-image-20989

PSJ Səudiyyə Ərəbistanının “Əl Hilal” və “Əl Nəsr” klublarının ulduzlarından təşkil olunmuş komanda ilə Ər Riyadda yoldaşlıq oyunu keçirib. Msport.az xəbər verir ki, “Kral Fəhd” stadionunda toynanılan qarşılaşma Paris klubunun qələbəsi ilə yekunlaşıb – 5:4

Bu oyun Lionel Messi (PSJ) ilə Kriştiano Ronaldo (Əl Nəsr) arasında tarixdə son qarşıdurma sayılırdı.

Matçda hesabı 3-cü dəqiqədə Neymarın ötürməsindən sonra Messi açıb. Ronaldo 34-cü dəqiqədə penalti ilə tarazlığı bərpa edib. Daha sonra Markinyos Fransa klubunu hesabda önə keçirsə də, fasiləyə qədər Ronaldo status-kvonu bərpa edib – 2:2. Buna qədər Neymar penaltidən yararlana bilməyib.

53-cü dəqiqədə Serxio Ramos qonaqları 3-cü dəfə hesabda önə keçirib. Üç dəqiqə sonra yenidən hesaba tarazlıq gəlib. Çan Xyun Su fərqlənib – 3:3. 60-cı dəqiqədə Mbappe 11 metirlik cərimə zərbəsini dəqiq yerinə yetirib. 78-ci dəqiqədə Paris təmsilçisinin hücumçusu Uqo Ekitike hesabı 5:3 edib. Oyunda son nöqtəni isə Anderson Taliska qoyub. Beləliklə,  PSJ 5:4 hesabı ilə qalib gəlib.

Messi, Ronaldo, Mbappe və Neymar 62 dəqiqə meydanda olublar.

Bənzər xəbərlər