featured-image-20852

Səudiyyə Ərəbistanından olan iş adamı Müşrəf Əl-Qamdi Kriştiano Ronaldo və Lionel Messinin oyununu izləmək üçün 2,5 milyon avroya bilet alıb.

Msport.az xəbər verir ki,  PSJ sabah Ər Riyadda  “Əl Nəsr” və “Əl Hilal” klublarının ulduzlarından təşkil olunmuş komanda ilə üz-üzə gələcək.

Biletin satışından əldə olunmuş vəsait “Ehsan” dövlət xeyriyyə fonduna keçiriləcək. Biletin sahibi Əl-Qamdi oyunu VİP tribunadan izləməklə yanaşı, matçdan sonra paltardəyişmə otağında Messi və Ronaldo ilə görüşə biləcək.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər