Messi və Ronaldonun transfer qiyməti düşdü
Lionel Messi və Kriştiano Ronaldonun yeni transfer qiymətləri müəyyənləşib.
Msport.az xəbər verir ki, Transfermarkt portalı ulduz futbolçuların dəyərini yeniləyib.
“İnter Mayami”nin argentinalı forvardı 5 milyon avro ucuzlaşıb. Onun qiyməti 20 milyondur.
“Əl-Nəsr”in portuqaliyalı hücumçusunun da transfer qiyməti düşüb. 3 milyon ucuzlaşan forvardın dəyəri 12 milyondur.
Qeyd edək ki, əvvəlki transfer qiymətlərinin yer aldığı siyahıda Messi 25, Ronaldo 15 milyon idi.