Messi və Suares “İnter Mayami”ni qələbəyə daşıdı - VİDEO
“İnter Mayami” MLS müntəzəm çempionatında növbəti oyununa çıxıb.
Msport.az xəbər verir ki, komanda “Montreal”ı qəbul edib.
Matçda “İnter Mayami”ni ulduz futbolçuları qələbəyə daşıyıb. Belə ki, Lionel Messi və Luis Suares dubl edərək, komandaya 4:2 hesablı qələbə qazandırıb.
“İnter Mayami” hazırda 26 xalla 6-cı pillədə qərarlaşır.