Messi zəlzələ bölgəsinə 3,5 milyon avro yardım etdi
Lionel Messi fondu Türkiyə və Suriyada zəlzələdən əziyyət çəkənlərə 3,5 milyon avro məbləğində humanitar yardım göndərib.
Msport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, argentinalı futbolçu öz fonduna zəlzələ bölgəsinə yardım etməyi tapşırıb.
Fevralın 6-da baş verən təbii fəlakət zamanı Türkiyə və Suriyada 20 mindən çox adam ölüb.
Türkiyədə zəlzələdən xəsarət alanların sayı 70 mindən çoxdur. 30 360 nəfər dağıntı bölgəsindən digər şəhərlərə köçürülüblər.
Anar Abdullayev







