Messi zəlzələdə zərər çəkənlər haqqında: "Mənim ürəyim sizinlə döyünür"
Argentina millisinin və PSJ-nin hücumçusu Lionel Messi Türkiyə və Suriyada baş verən zəlzələdə həyatını itirənlərin ailələrinə baş sağlığı verib.
Msport.az xəbər verir ki, ulduz futbolçu bu haqda sosial şəbəkələrdə yazıb:
“Minlərlə uşaq və onların ailələri üçün Türkiyə və Suriyada baş verən dəhşətli zəlzələ səbəbindən çox kədərli bir vaxtdır. Mənim ürəyim sizinlə döyünür”.
Həmçinin dünya çempionu fanatlarını hadisəyə biganə qalmamağa və zəlzələ nəticəsində zərər çəkmiş uşaqlara kömək etməyə çağırıb.
Bir neçə gün əvvəl Messinin avtoqrafı olan PSJ forması hərracda satılmış və əldə olunan gəlir təbii fəlakətdən xəsarət alanlara yardım fonduna köçürülmüşdü.
ANAR ABDULLAYEV







