featured-image-47624

“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi “Nyu York Red Bullz”la matçdan (6:2) sonra MLS-də iki rekorda imza atıb.

Msport.az xəbər verir ki, 36 yaşlı futbolçu bu görüşdə bir qol vurub və 5 qolun ötürməsi edib.

Bununla da Messi MLS tarixində bir matçda 5 qol ötürməsi verən ilk oyunçu olub. O, eyni zamanda MLS-də bir matçda 6 məhsuldar hərəkət (qol və ya qol ötürməsi) edən yeganə futbolçu adına yiyələnib.

Xatırladaq ki, sözügedən görüşdə uruqvaylı hücumçu Luis Suares het-trik edib.

Hazırda “İnter Mayami” 12 matçdan sonra 24 xalla MLS turnir cədvəlində birinci yerdədir. “Nyu York Red Bulls” 17 xalla 7-ci pillədə qərarlaşıb.

Bənzər xəbərlər