featured-image-44104

Argentina millisinin futbolçusu Lionel Messinin qolu ABŞ-nin “İnter Mayami” klubunu məğlubiyyətdən xilas edib.

Msport.az xəbər verir ki, komanda MLS-dəki ikinci matçında “Los-Anceles Qelaksi” ilə üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Messi 90+2-ci dəqiqədə bərabərlik qoluna imza atıb.

Bununla argentinalı ardıcıl 20-ci təqvim ilində fərqlənmiş olub. Çünki bu, 36 yaşlı hücumçunun 2024-cü ildə ilk qolu idi. Onun seriyası 2005-ci ildə “Barselona”nın heyətində olarkən “Albasete” ilə La Liqa görüşündə başlayıb.

Xallarının sayını 4-ə çatdıran “İnter Mayami” hələlik Şərq Konfransında liderdir. Bu görüş “Los-Anceles Qelaksi”nin çempionatdakı ilk oyunu olub.

Bənzər xəbərlər