featured-image-44451

“İnter Mayami”nin hücumçusu Lionel Messi “Orlando Siti” ilə MLS çərçivəsində oyunda dubl edib.

Msport.az xəbər verir ki, bu, argentinalı forvardın milli çempionatlarda vurduğu 500-cü qol olub.

Messi “Barselona”da çıxış edərkən İspaniya La Liqasında 474 dəfə fərqlənib. O, PSJ-nin şərəfini qoruyarkən Liqa-1-də 22 qol vurub. Argentina millisinin üzvü MLS-də 4 dəfə rəqiblərin qapısına yol tapıb.

Qeyd edək ki, “İnter Mayami” “Orlando Siti” üzərində 5:0 hesabı ilə qələbə qazanıb. Messidən başqa, 37 yaşlı Luis Suares də dubl edib. Daha bir qolu Robert Teylor vurub.

Messi ümumilikdə, müxtəlif klubların heyətində 891 oyunda 722 qol vurub və 345 məhsuldar ötürmə verib.

 

Bənzər xəbərlər