featured-image-66530

ABŞ-də keçirilən 2025-ci il FIFA klubların dünya çempionatı davam edir.

Msport.az xəbər verir ki, A qrupunun son tur oyunlarında məhsuldar heç-heçələr qeydə alınıb.

Misirin “Əl-Əhli” komandası “Porto” ilə oyunda dörd dəfə hesabda önə çıxsa da, qalib gələ bilməyib – 4:4. “İnter Mayami” – “Palmeyras” matçı isə 2:2 hesabı ilə başa çatıb. Lionel Messinin komandası bu oyunda iki top fərqli üstünlüyünü son dəqiqələrdə əldən verib.

Beləliklə, “Palmeyras” və “İnter Mayami” hərəyə 5 xalla 1/8 finala yüksəliblər. Bu mərhələdə “Palmeyras”in “Botafoqo” ilə, PSJ-nin “İnter Mayami” ilə qarşılaşacağı dəqiqləşib.

Bənzər xəbərlər