Messili “İnter Mayami” xal itirdi
MLS-in müntəzəm mövsümündə növbəti turun oyunları keçirilib.
Msport.az xəbər verir ki, “İnter Mayami” “Çikaqo Fayr”ın qonağı olub.
Görüş qolsuz heç-heçə başa çatıb. “İnter Mayami”nin heyətində Lionel Messi, Luis Suares və Serxio Buskets 90 dəqiqə meydanda olub, Jordi Alba isə ikinci hissədə oyuna qoşulub.
Qeyd edək ki, 7 oyunda 15 xal toplayan “İnter Mayami” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşır.







