featured-image-60310

“Barselona”nın hücumçusu Robert Levandovski Çempionlar Liqasının rekordunu təkrarlayıb.

Msport.az xəbər verir ki, polşalı forvard buna “Benfika” ilə matçda (5:4) nail olub.

Belə ki, Levandovski bu qarşılaşmada penaltidən iki qol vurub. Nəticədə təcrübəli futbolçu turnirdə penaltidən vurduğu qolların sayını 19-a çatdırıb. Bununla da Robert portuqaliyalı superulduz Kriştianu Ronaldoya çatıb.

Qeyd edək ki, digər superulduz Lionel Messi isə Çempionlar Liqasında penaltidən 18 qola imza atıb.

Bənzər xəbərlər