featured-image-25157

Lionel Messi Kriştiano Ronaldodan çox əməkhaqqı alarsa, Səudiyyə Ərəbistanı klubuna keçə bilər. Msport.az xəbər verir ki, argentinalı futbolçu yalnız çox yaxşı şərtlər daxilində Asiyaya yollana bilər.

Mənbənin məlumatına görə, Messinin atası Xorxe “Əl Hilal”dan iki ilinə 600 milyon avro tələb edib. Leonun ətrafı hesab edir ki, onun Ronaldodan daha çox maaş istəməsi təbiidir, çünki Aargentina millisinin üzvü portuqaliyalı hücumçudan 2 yaş kiçikdir.

Qeyd edək ki, Ronaldonun “Əl Nəsr”də illik gəliri 200 milyon avro təşkil edəcək.

Messi bu mövsüm PSJ-nin heyətində Liqa-1-də 22 oyunda 13 qol vurub və 13 məhsuldar ötürmə verib.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər