featured-image-20429

Lionel Messinin atası və meneceri Xorxe Səudiyyə Ərəbistanın “Əl Hilal” klubu ilə danışıqlar aparır. Msport.az xəbər verir ki, bu iddanı “Daily Mail” qəzeti səsləndirib.

Mənbənin sözlərinə görə, argentinalı futbolçunun atası hazırda Ər-Riyaddadır. O, “Əl Hilal” nümayəndələri ilə müqavilənin detallarını müzakirə edir. Ərəblər dünya çempionuna mövsümə 300 milyon avroluq maaş təklif edib.

Messinin PSJ ilə anlaşması bu ilin iyununda başa çatır.

Bir müddət öncə belə bir xəbər yayılmışdı ki, Səudiyə Ərəbistanı hakimiyyəti Ronaldo ilə yanaşı Messini də yerli liqaya gətirərək çempionata marağı artırmaq istəyirlər. Onların fikirincə, bu, ölkənin 2030-cu ildə keçiriləcək dünya çempionatını qəbul etməyə şanslarını artıra bilər.

Bənzər xəbərlər