featured-image-29172

Lionel Messi karyerasını MLS-də “İnter Mayami” klubunda davam etdirə bilər.

Msport.az xəbər verir ki, bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.

Onun sözlərinə görə, argentinalı futbolçunun atası yaxın günlərdə ABŞ klubunun sahibi ilə görüşəcək.

“İnter Mayami” bir neçə aydır 35 yaşlı hücumçuya maraq göstərir. Lakin onlar indiyə kimi rəsmi təklif göndərməyiblər.

Qeyd edək ki, bir müddət əvvəl PSJ-nin Messi ilə yeni müqavilə bağlamayacağı haqqında xəbər yayılıb. Argentina millisinin liderinə Səudiyyə Ərəbistanından ciddi təklif var. “Əl Hilal” klubu  futbolçunu dünyanın ən yüksək ödənişli oyunçusu etmək istəyir.

ANAR

Bənzər xəbərlər