featured-image-31300

PSJ-nin sabiq futbolçusu Jerom Roten Lionel Messini kəskin tənqid edib. Msport.az “RMC Sport”a istinadən xəbər verir ki, o, argentinalı futbolçunun PSJ-dəki davranışının yanlış olduğunu deyib:

“Messinin məşqi yarımçıq tərk etdiyi günü xatırlayırsınız…Klub bütün bunları gizlətdi, guya zədə səbəbindən olmuşdu hadisə. Bu doğru deyildi. Səbəb?

Məşqdə təklif olunanlar cənabın xoşuna gəlmirdi. Onun başı çatmır, bu səbəbdən məşqi yarımçıq qoymuşdu. Paltardəyişmə otağına gedib duş qəbul etdi və uzaqlaşdı.  Bu fakt göstərir ki, komanda yoldaşlarına və məşqçiyə nə dərəcədə hörmət qoyurdu. Messi tez-tez məşqlərin tempini dəyişmək istəyirdi. Səhərlər məşq etmək istəmirdi. Bir neçə dəfə demişdi ki, səhər məşq etmək yaxşı deyil. Xoşbəxtlikdən məşqçilər korpusu təslim olmadı. Bütün bunlar ona dəlalət edir ki, argentinalı nələrisə dəyişmək arzusunda idi, mühitə alışmaq yox”.

ANAR ABDULLAYEV

 

Bənzər xəbərlər