featured-image-71129

Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-da oynamaq istədiyini bildirib.

Msport.az xəbər verir ki, bunu 38 yaşlı hücumçu özü açıqlayıb:

“Mən formada olmaq və milli komanda üçün mühüm rol oynamaq istərdim. Çox həyəcanlıyam, çünki bu, dünya kubokudur. Biz son turnirdə qalib gəldik. Titulumuzu qorumaq əla olardı”.

Qeyd edək ki, dünya çempionatı 2026-cı il 11 iyun – 19 iyul aralığında keçiriləcək. Tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək turnirə üç ölkə ev sahibliyi edəcək – ABŞ, Meksika, Kanada.

Bənzər xəbərlər