Messinin evini qarət etmək istədilər
Argentina millisinin kapitanı Lionel Messinin evinə oğrular girməyə cəhd ediblər. Msport.az xəbər verir ki, qarətçilər PSJ-nin hücumçusunun Barselonadakı evinə daxil olmaq istəyiblər. Hadisə dünən gecə Barselonadan 20 km aralıda yerləşən Kasteldefelsdə baş verib.
Yerli vaxtla gecə saat 2-də qara geyimli iki naməlum şəxs Mesinin evinin baxçasına daxil olsalar da, evə girə bilməyiblər. Onlar polis gələnə qədər hadisə yerini tərk ediblər.
Cinayətdə şübhəli bilinən 2 şəxs təhlükəsizlik kameralarına düşüblər.
ANAR







