featured-image-63876

“İnter Mayami”nin hücumçusu Luis Suares komanda yoldaşı Lionel Messinin ən böyük arzusunu açıqlayıb.

Msport.az xəbər verir ki, uruqvaylı forvard argentinalı forvardın DÇ-2026-da iştirak etmək istədiyini bildirib.

Suaresin fikrincə, Messi karyerasını bitirməyə hazırlaşmır: “Messi karyerasını bitirmək barədə düşünmür. Bu barədə heç söhbətimiz də olmayıb. O, gələn il keçiriləcək dünya çempionatında oynamaq istəyir”.

Qeyd edək ki, Messili Argentina millisi Qətərdə keçirilən son dünya çempionatının qalibidir.

Bənzər xəbərlər