featured-image-54263

“İnter Mayami”nin ulduzu Lionel Messi komandanın son məşqində iştirak etməməsinin səbəbi bəlli olub.

Msport.az xarici mətbuata istinadən xəbər verir ki, təcrübəli hücumçu qrip simptomları ilə əlaqədar hazırlıq prosesini buraxıb. 

Argentinalı futbolçunun fərdi idman zalında məşq etdiyi bildirilib. İyulun 15-də Amerika kubokunun finalında topuğundan zədələnən Messi avqustun sonunda komandanın məşqlərinə qoşulub.

Qeyd edək ki, “İnter Mayami” növbəti oyununu sentyabrln 15-də “Filadelfiya”ya qarşı keçirəcək.

Bənzər xəbərlər