Messinin komandası açılış matçında qələbə qazandı
Argentina millisinin ulduz futbolçusu Lionel Messinin çıxış etdiyi ABŞ-ın “İnter Mayami” klubu MLS çempionatının yeni mövsümündə ilk matçına çıxıb.
Msport.az xəbər verir ki, açılış oyununda rəqib “Real Solt Leyk” olub.
Qarşılaşma “İnter Mayami”nin qələbəsi ilə bitib – 2:0.
Qolları 39-cu dəqiqədə Robert Teylor və 83-cü dəqiqədə Dieqo Qomes vurublar. Messi 90 dəqiqə meydanda olub.







