featured-image-55385

Argentina millisinin futbolçusu Lionel Messinin formasını geyindiyi “İnter Mayami” MLS-də Şərq konfransının müntəzəm mövsümünün qalibi olub.

Msport.az xəbər verir ki, bu, səfərdə “Kolumbus Kryu” ilə görüşdən sonra reallaşıb. 37 yaşlı hücumçunun komandası turnir cədvəlində ən yaxın izləyicisini 3:2 hesabı ilə məğlub edib. Messi dubla imza atıbsa, digər qolun müəllifi Luis Suares olub. “Kolumbus Kryu”dan Dieqo Rossi və Kuço Ernandes fərqlənib.

Bu qələbədən sonra xallarının sayını 68-ə çatdıran “İnter Mayami” mövsümün bitməsinə 2 tur qalmış liderliyi təmin edib.

MLS-in qalibi pley-off oyunlarından sonra bəlli olacaq.

Qeyd edək ki, bu, argentinalı ulduzun karyerasında 46-cı tituldur.

Bənzər xəbərlər