Messinin məşqini 40 min azarkeş izlədi
Argentina millisinin və ABŞ-ın “İnter Mayami” klununun futbolçusu Lionel Messinin Honq-Konqa getməsi böyük marağa səbəb olub.
Msport.az “B/R Football” nəşrinə istinadən xəbər verir ki, 40 min azarkeş ulduz oyunçunun məşqini izləməyə gəlib.
Tərəfdarlar bunun üçün bilet də alıblar.
Qeyd edək ki, bu gün “İnter Mayami” Bakı vaxtı ilə saat 11:00-da “Honq Konq XI” klubu ilə yoxlama oyununda üz-üzə gələcək.