featured-image-42884

Argentina yığması və “İnter Mayami”nin ulduz futbolçusu Lionel Messinin şəxsi mühafizəçisi Yassin Çueko qeyri-adi hadisənin iştirakçısı olub.

Msport.az xəbər verir ki, hadisə Honq-Konqda baş verib. Yerli təhlükəsizlik xidmətinin nümayəndəsi azarkeşlərin oyunçuya hücumunun qarşısını almaq üçün forvarda yaxınlaşmağa çalışsa da, arxada gedən mühafizəçi buna icazə verməyib. O, təhlükəsizlik nümayəndəsini möhkəm itələyərək, Messiyə toxunmasına imkan verməyib.

Çueko Messini hər hansı arzuolunmaz insidentdən qorumaq üçün “İnter Mayami”nin matçları zamanı yan xətt boyunca qaçır. O, ABŞ ordusunun keçmiş xüsusi təyinatlı əsgəridir, İraq və Əfqanıstanda döyüş təcrübəsi var. Çueko həm də MMA döyüşçüsü olub.

Qeyd edək ki, “İnter Mayami” sabah “Honq Konq XI” klubu ilə yoldaşlıq oyunu keçirəcək.

 

Bənzər xəbərlər