featured-image-26985

Lionel Messinin PSJ-ni tərk etma ehtimalları artır. Msport.az “L`Equipe”ə istinadən xəbər verir ki, argentinalı futbolçu böyük ehtimalla karyerasını “Barselona”da davam etdirəcək.

Əvvəlcə müqavilənin uzadılması ilə bağlı danışıqlar müsbət axarda gedirdi. Qətərdə keçirilən dünya çempionatı zamanı hücumçunun atası Xorxe və PSJ-nin prezidenti Nasser Əl-Xəlayfi qərara gəlmişdilər ki, Leo daha bir il Parisdə qalacaq. Lakin 5 ay keçdikdən sonra vəziyyət dəyişib və Messinin PSJ-də qalması real görünmür.

Tərəflər yeni müqavilənin şərtləri ilə bağlı razılıq əldə edə bilməyiblər. Danışıqlar davam etsə də, Messinin klubda qalmaq ehtimalı günü-gündən azalır.

“Barselona” isə keçmiş futbolçusunun yolunu gözləyir. Əgər Kataloniya klubunun maliyyə vəziyyətinə görə, qayıdış baş tutmasa, Messi Fransa komandasında məcburiyyətdən qala bilər. Çünkü o, Səudiyyə Ərəbistanına getmək istəmir.

Argentina millisinin lideri PSJ-yə 2021-ci ilin yayında azad agent kimi keçib. O, cari mövsümdə 33 oyunda 18 qol vurub və 17 məhsuldar ötürmə verib.

ANAR  

Bənzər xəbərlər