featured-image-28841

“Barselona”nın baş məşqçisi Xavi PSJ-nin futbolçusu Lionel Messinin transferi haqda danışıb.

Msport.az xəbər verir ki, ispan mütəxəssis açıqlamasında bunları deyib:

“Messinin “Barsa”ya qayıdıb-qayıtmayacağı haqda hələlik heçnə bilmirəm. Bu haqda danışmaq tezdir. Fikrimizi növbəti oyunlara və La Liqanı qazanmağa yönəltmişik. La Liqa klublarının rəhbərləri arasında keçiriləcək görüşdə əsas məsələ Messi olmayacaq. Bu görüş bizim növbəti mövsüm öncəsi heyətimizi gücləndirməyimiz üçündür. Messinin transferinə icazə verilib-verilməyəcəyi haqda suala mən yox, çempionatın prezidenti Xavyer Tebas cavab verə bilər”.

Qeyd edək ki, Messinin PSJ-lə yayda başa çatacaq müqaviləsinin yeniləməyəcəyi və “Barselona”ya qayıdacağı deyilir.

Royal Türksoy

Bənzər xəbərlər