"Messinin qayıtması üçün əlimdən gələni edəcəm" - Xavi
“Barselona”nın baş məşqçisi Xavi Ernandes Lionel Messini kluba qaytarmaq üçün əlindən gələni edəcəyini deyib.
Msport.az “Sport.es”ə istinadən xəbər verir ki, amma 42 yaşlı mütəxəssis indi bu məsələni müzakirə etməyin vaxtı olmadığını bildirib.
“Lakin mən Leonun dönməsi üçün əlimdən gələni edəcəm. Tez-tez onunla danışıram, amma indi bu məsələni müzakirə etmək üçün münasib vaxt deyil. Messinin özü, klub, eləcə də hazırkı heyət üçün. İstəyirəm ki, o qayıtsın və bizə kömək etsin. Çünki Leo dünyanın ən yaxşı oyunçusudur”.
Qeyd edək ki, hazırda PSJ-də çıxış edən Lionel Messi 2003 – 2021-ci illərdə “Barselona”nın formasını geyinib.







