Messinin rekordunu yenilədi - Pedri
Pedri “Barselona” tarixinə düşüb.
Msport.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi kataloniyalıların heyətində 200 oyuna çatan ən gənc futbolçu olub.
Onun yubileyi La Liqanın 36-cı turunda “Espanyol”la matça (2:0) təsadüf edib. Pedri 22 yaş 171 günündə bunu bacarıb. Yarımmüdafiəçi əfsanəvi futbolçu Lionel Messinin rekordunu yeniləyib. Messi 200-cü oyununu 22 yaş 273 günündə keçirib.
Qeyd edək ki, Pedri “Barselona”da 2019-cu il sentyabrın 27-də “Vilyarreal”la görüşdə debüt edib.