featured-image-29199

PSJ-nin futbolçusu Lionel Messi “Al-Hilal”dən rəsmi təklif alıb.

Msport.az “Reuters”ə istinadən xəbər verir ki, bu Messinin aldığı yeganə rəsmi təklifdir. Məlumata görə, Messinin PSJ-nin əsas heyətindən uzaqlaşdırılması yalnız Səudiyyə Ərəbistanına səfəriylə bağlı deyil. Paris klubu 35 yaşlı futbolçunu müqaviləni yeniləmədiyinə və klubunun proyektini tənqid etdiyinə görə bu yola əl atıb.

Qeyd edək ki, Messi 2021-ci ildən Fransa nəhənginin şərəfini qoruyur. O, cari mövsüm ərzində keçirdiyi 28 oyunda 15 qol və 18 assistlə fərqlənib.

Royal Türksoy

Bənzər xəbərlər