featured-image-29682

Argentina millisinin sabiq üzvü Karlos Teves Lionel Messiyə PSJ-də düzgün münasibət göstərilmədiyini düşünür.

Msport.az “TyC Sports”a istinadən xəbər verir ki, “Mançester Yunayted”, “Mançester Siti” və “Yuventus” kimi klublarda oynamış futbolçu həmyerlisinin müdafiəsinə qalxıb:

“ilk gündən ona düzgün münasibət göstərməyən klub haqqında çox şey deyə bilərik. Bu həqiqətən belədir.

Əgər mən dünya çempionu olsaydım və desəydilər ki, bazar günü harasa getdiyin üçün “üzr istəməlisən”, öz Rosario şəhərimə yollanıb orda mate içərdim. Onlar mənim qarşımda üzr istəməli idilər, lakin Messi klubu hər şeydən yüksək tutur. Buna görə onun qarşısında şapka çıxarmağa dəyər.

PSJ belə oyunçuya bu cür münasibət göstərə bilməz. Messinin sayəsində PSJ-ni tanıdılar. “Mançester Yunayted”də çıxış edəndə bu kluba qarşı oynamışam, onda onlar turnir cədvəlinin ortalarında idilər. Mən “Siti”yə keçəndə də vəziyyət eyni idi”.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər