featured-image-22759

PSJ-nin baş məşqçisi Kristof Qaltye Lionel Messinin Çempionlar Liqasının 1\8 final mərhələsində “Bayern Münhen”ə qarşı oynamasına şübhə edir.

Msport.az xəbər verir ki, Paris klubunun çalışdırıcısı argentinalı futbolçunun səhhətini risk altına atmq istəmir:

“Güman etmirəm ki, Messi həmin oyunda meydana çıxacaq. Qarşıda başqa matçlar da var, biz onun səhhətini risk altına ata bilmərik. Ümid edirəm ki, o, uğurla bərpa olunacaq. “Monako” ilə oyunda ehtiyatda qalan Veratti, Messi kimi futbolçuların qarşıdakı görüşlərdə meydana çıxa biləcəyinə inanıram”.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər